İyunun 30-da dövlət qulluğu üzrə keçirilən qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən və TQDK-nın əmri ilə ali təhsil müəssisələrinə qəbul olan şəxslərin nəticələri haqqında statistik məlumatlar açıqlanıb.
Məlumatda qeyd olunur ki, qəbul imtahanında 0-100 bal intervalı arasında nəticə göstərən şəxslərdən 13 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib.
Onlardan heç kim imtahanda uğurlu nəticə göstərə bilməyib.
601-700 bal intervalı üzrə bal toplayan şəxslərdən imtahanda iştirak etmək üçün 60 nəfər qeydiyyatdan keçib ki, onlardan 36-sı uğurlu nəticə göstərib.
Qeyd edək ki, 30 iyunda keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1766 namizəddən 155 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olunmayıb. Onlardan yalnız 8 nəfər (5.2%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 5 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 3 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.