Azedu.az

Məmur olmaq arzusunu daha 32 nəfər reallaşdırdı

Dövlət qulluğu

Dövlət İmtahan Mərkəzi (DİM)

28 Yanvar 2019, 17:00
Məmur olmaq arzusunu daha 32 nəfər reallaşdırdı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 27-də elan olunmuş 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə davam edir.

DİM-dən AzEdu.az-a bildiriblər ki, müsahibədə iştirak üçün 200 nəfər müraciət edib. Yanvarın 28-nə olan məlumata əsasən, müsahibədə iştirak edənlərdən 32 nəfər vəzifəyə uyğun bilinib. Onlardan 28-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 4-ü isə Dövlət Turizm Agentliyində işləyəcək.

Müsahibə yanvarın 31-də yekunlaşacaq.

Qeyd edək ki, müsahibəyə mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 65 vakant vəzifə çıxarılıb.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox