Azedu.az

PMS imtahanının II mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

2 Noyabr 2025, 14:26
PMS imtahanının II mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 2 noyabr 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, imtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 54 nəzarətçi, 7 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və və namizədlərə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunub.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox