Azedu.az

Test tapşırıqlarının statistik təhlili yekunlaşdı

Dövlət İmtahan Mərkəzi (DİM)

28 Dekabr 2018, 15:00
Test tapşırıqlarının statistik təhlili yekunlaşdı

Dövlət İmtahan Mərkəzində (DİM) cari tədris ilində oktyabrın 3-dən başlamış elmi-metodik seminarlar işini davam etdirir.

DİM-dən AzEdu.az-a bildirilib ki, seminarlarda 2018-ci ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının statistik göstəricilər əsasında təhlili başa çatıb. Təhlillər əsasında abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları müəyyən edilib, onların izahına dair metodik tövsiyələr hazırlanıb. Həmin materiallar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

Yanvar ayından etibarən elmi-metodik seminarlarda V-XI siniflər üzrə dərsliklərin monitorinqi aparılacaq.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox