30 oktyabr 2025-ci il tarixində xüsusi qabiliyyət imtahanlarının Musiqi sənəti istiqaməti üzrə növbəti seminar keçirilib.
AzEdu.az xəbər verir ki, seminarda Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrinin əməkdaşları və Bakı Musiqi Akademiyasının nümayəndələri iştirak ediblər. İclasda növbəti il üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri və qaydaları, eləcə də qiymətləndirmə meyarları və forması ilə bağlı təkliflər müzakirə olunub. Seminarlar bitdikdən sonra ictimaiyyətə 2026/2027-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri haqqında ətraflı məlumat veriləcək.