İmtahan 25 oktyabr 2025-ci il tarixində DİM-in Süleyman Sani Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda təşkil olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahanda 105 nəfər iştirak edib.
Xatırladaq ki, Kembric İngilis dili üzrə tədris kvalifikasiyalarından biri TKT (Teaching Knowledge Test) ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiyadır və mərkəzdə aşağıdakı TKT modulları üzrə imtahanlar təşkil edilir:
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
Əlavə məlumat üçün [email protected] elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz.