Azedu.az

DİM-də növbəti təlim

Dövlət İmtahan Mərkəzi (DİM)

24 Oktyabr 2025, 12:29
DİM-də növbəti təlim

24 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun məsləhətçisi Sara Payızova tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Dinamik mühitdə koqnitiv çeviklik və qərarların optimizasiyası” mövzusunda onlayn formada təlim keçirilib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, təlim zamanı iştirakçılara dəyişən şəraitdə effektiv qərarvermə, adaptiv davranış və strateji çeviklik bacarıqları qazandırmaq, dinamik mühit və onun xüsusiyyətləri – dəyişən mühitin komponentləri, VUCA modeli (volatility, uncertainty, complexity, ambiguity) və onun fərdi qərarverməyə təsiri, qərarların optimizasiyası – analitik və strukturlaşdırılmış düşüncə vasitəsilə ən səmərəli qərarların seçilməsi metodları (Pros & Cons, SWOT, OODA loop və s.), çeviklik və optimizasiyanın inteqrasiyası – emosional və rasional yanaşmaların birləşdirilməsi, adaptiv qərarvermə modeli üzərindən balanslı qərar strukturlarının qurulması izah edilib.

Sonda  iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox