Azedu.az

DİM-də daxili müsahibə elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM)

20 Oktyabr 2025, 12:20
DİM-də daxili müsahibə elan edilir

20 oktyabr 2025-ci il tarixində 2 dövlət orqanında inzibati vəzifələrin 3-4-cü təsnifatlarına uyğun olan 2 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin üçüncü təsnifatına, 1-i dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə  inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Dövlət Turizm Agentliyinin aparat rəhbəri vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 20 oktyabr 2025-ci il tarixindən 3 noyabr 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Ramiz Mehdiyevin şəbəkəsi İFŞA OLDU - Bunlarla çeviriliş edəcəkdi
Son xəbərlərDaha çox