Azedu.az

Dövlət İmtahan Mərkəzi ikinci “Könüllülər layihəsi”nə start verir

Dövlət İmtahan Mərkəzi (DİM)

10 Oktyabr 2025, 09:42
Dövlət İmtahan Mərkəzi ikinci “Könüllülər layihəsi”nə start verir

“Könüllülər layihəsi”nin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir.

AzEdu.az xəbər verir ki, layihənin müddəti 3 aydır.Layihədə iştirak etmək üçün 16 – 25 yaşlı, ali və ya orta ixtisas təhsili olan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: //portal.dim.gov.az/volunteer/

Layihədə iştirak etmək üçün qeydiyyat  10 oktyabr – 1 noyabr 2025-ci il tarixləri arasında aparılacaq. Hər bir mərhələ haqqında ətraflı məlumat Mərkəzin saytı və sosial şəbəkə hesabları vasitəsilə təqdim olunacaq.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox