Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanlarında namizədlərdən "danışıq" bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat vermib.
Maraqlıdır, bu dəyişiklik bu il üçün nəzərdə tutulacaq?
Mövzu ilə bağlı AzEdu.az Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, hazırda yalnız doktorantura səviyyəsində xarici dil fənni üzrə imtahan verənlər üçün "danışıq" bacarıqlarının yoxlanılması həyata keçirilir:
"Magistraturaya qəbul imtahanında isə “danışıq” bacarıqlarının yoxlanılması növbəti, yəni 2026-cı il üçün hələ nəzərdə tutulmayıb. Bu qaydanın daha sonrakı illərdə tətbiqi ilə bağlı fikirlər mövcuddur və müzakirələr aparılır. Ümumiyyətlə DİM qəbul qaydalarında hər hansı əsaslı dəyişiklik olduqda iki il öncədən məlumat paylaşır",- deyə DİM-dən məlumat verilib.