Azedu.az

Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib

Dövlət İmtahan Mərkəzi (DİM)

6 Oktyabr 2025, 11:45
Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib

6 oktyabr 2025-ci il tarixində DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib.

AzEdu.az xəbər verir ki, görüşdə ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı bir vətəndaşın müraciətinə baxılıb. 

Vətəndaşa müraciəti ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələnin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölməsinə müvafiq tapşırıq verilib.

Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum
Son xəbərlərDaha çox