Azedu.az

DİM-də növbəti təlim keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

2 Oktyabr 2025, 14:09
DİM-də növbəti təlim keçirilib

30 sentyabr və 1 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova və həmin sektorun məsləhətçisi Humay Eminzadə tərəfindən Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Komanda işinin düzgün təşkili” mövzusunda təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılara komanda işinin əsas prinsipləri, inkişaf mərhələləri və effektiv əməkdaşlığın vacibliyi, kiçik və çevik komandaların üstünlükləri, düzgün rol bölgüsünün əhəmiyyəti və güclü komanda ruhunun formalaşdırılması yolları izah olunub. İştirakçılar komandanın inkişaf mərhələləri, növləri və üzvlər arasında empatiya və şiddətsiz ünsiyyətin rolu barədə məlumat əldə ediblər.

Bununla yanaşı, təlim zamanı keçirilən praktiki qrup tapşırıqları vasitəsilə real situasiyalarda effektiv əməkdaşlıq bacarıqları inkişaf etdirilib.

Sonda  iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox