2025-ci il oktyabrın 1-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Mərkəzdən bildirilib ki, imtahanda 2 nəfər iştirak edib.Növbəti TOEFL iBT imtahanının 15 oktyabr 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt