“Magistraturaya marağın azaldığını müşahidə etmirik”.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
Sədr qeyd edib ki, bəzi ixtisaslarda müsabiqə vəziyyəti yüksək, bəzi ixtisaslarda isə nisbətən aşağıdır.
"Magistraturada da bakalavriat kimi adambaşı maliyyələşdirmə həyata keçirilir və dövlət hər proqram üzrə dövlət hesabına oxuya biləcək tələbə sayını müəyyənləşdirir.
Bəzi ixtisaslarda, məsələn, kənd təsərrüfatı sahəsində boş yerlər qalır, bəzi ixtisaslarda isə bütün yerlər dolur. Ödənişli təhsil alanların sayı kifayət qədərdir və bu maliyyə vəsaiti təhsilin inkişafı üçün istifadə olunur. Məqsəd qənaət etmək deyil, insanların təhsil almasını təmin etməkdir",- deyə o bildirib.