Bu il ali məktəbə qəbul olunan şəhid və qazi övladlarından 5 nəfəri Qarabağ Universitetində təhsil alır.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında qeyd edib.
“Qalanları isə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıblar",- deyə sədr əlavə edib.