Azedu.az

Bu il 195 şəhid və qazi övladı ali məktəblərə qəbul olunub

Dövlət İmtahan Mərkəzi (DİM)

26 Sentyabr 2025, 14:33
Bu il 195 şəhid və qazi övladı ali məktəblərə qəbul olunub

2025/2026-cı tədris ili üzrə 195 şəhid və qazi övladı ali məktəblərə qəbul olunub.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi tərəfindən orta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” alətinin təqdimat mərasimində çıxışı zamanı qeyd edib

"Azərbaycan tarixində II Qarabağ müharibəsi ən mühüm səhifələrdən biri kimi yazılacaq. İgid ordumuz torpaqlarımızı azad edərkən şəhidlər verdik.

Biz şəhid ailələrinə borcluyuq, çünki bu günümüzü bizə onların övladları əmanət edib.

Bu il 195 şəhid övladı və qazi balası ali məktəblərə qəbul olunub. Onlardan 49 nəfəri 500-dən yuxarı, 9 nəfəri isə 600-dən çox bal toplayaraq yüksək nəticə göstəriblər".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox