Azedu.az

Dövlət qulluqçuları üçün növbəti təlimlər keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM)

24 Sentyabr 2025, 17:41
Dövlət qulluqçuları üçün növbəti təlimlər keçirilir

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar, Mərkəz tərəfindən 2025-ci ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən, bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.

23 sentyabr 2025-ci il tarixindən başlayan təlimlər 26 sentyabr 2025-ci il tarixinədək Goranboy rayonu və Mingəçevir, Yevlax, Naftalan şəhərlərində şəhərində təşkil olunacaq.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu gün Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər”, Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” və “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi:qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.

Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox