Azedu.az

Regionlarda dövlət qulluqçuları üçün növbəti təlimlər keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM)

9 Sentyabr 2025, 16:41
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlimlər keçirilir

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar, Mərkəz tərəfindən 2025-ci ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən, bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.

AzEdu.az DİM-dən aldığı məlumata əsasən xəbər verir ki, 9 sentyabr 2025-ci il tarixindən başlayan təlimlər 12 sentyabr 2025-ci il tarixinədək Samux, Göygöl, Daşkəsən rayonlarında və Gəncə şəhərində təşkil olunacaq.

Bu gün Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər”, Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” və “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi:qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.

Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox