Azedu.az

DİM-də SAT imtahanı təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM)

9 Sentyabr 2025, 11:48
DİM-də SAT imtahanı təşkil olunacaq

Rəqəmsal SAT imtahanı Mərkəzin fəaliyyət göstərdiyi hər iki ünvanda eyni vaxtda keçiriləcəkdir.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

İmtahanda iştirak edəcək namizədlərdən xahiş olunur ki, qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusi diqqət yetirsinlər və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən müvafiq ünvana yaxınlaşsınlar.

İmtahan mərkəzlərinin ünvanları:

  • Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)
  • Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)

İmtahana buraxılış şərtləri:

İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında aşağıdakı sənəd və vasitələrlə birlikdə olmalıdırlar:

  1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
  2. Buraxılış vərəqəsi – Admission Ticket;
  3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birlikdə).

Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda, iştirakçı imtahana buraxılmayacaq.

İştirakçılara imtahana əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama üçün vərəqlər imtahan mərkəzi tərəfindən təqdim olunacaq.

İmtahan iştirakçısı notbuk və ya planşetini imtahan mərkəzinə gətirmədikdə və “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçmədikdə, belə şəxslərin imtahana buraxılması mümkün olmayacaq.

Qeyd edək ki, 13 sentyabr SAT imtahanında iştirak edəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl Bluebook tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (test set-up) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra iştirakçılara buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcəkdir.

Faydalı keçidlər:

2025-ci ildə növbəti SAT imtahanlarının DİM-in hər iki binasında aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:

  • 4 oktyabr
  • 8 noyabr
  • 6 dekabr

Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: [email protected]

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox