Azedu.az

“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini nəşr edib

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Sentyabr 2025, 10:41
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini nəşr edib

8-ci nömrədə 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

AzEdu.az xəbər verir ki, 9-cu nömrədə 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasinda orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalların elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox