Azedu.az

Boş qalan yerlərə və kolleclərə sənəd qəbulu bu tarixlərdə APARILACAQ

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Sentyabr 2025, 09:00
Boş qalan yerlərə və kolleclərə sənəd qəbulu bu tarixlərdə APARILACAQ

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri ötən gün elan olunub.

Dövlət İmtahan Mərkəzində (DİM) AzEdu.az-a bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 -15 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 -17 sentyabr (saat 18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox