Dövlət İmtahan Mərkəzi 2025-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında sentyabrın 7-də keçiriləcək imtahanda 449 nəfər iştirak edəcək.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Onlardan 210-u ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə, 162-i tam (11 illik) orta təhsil səviyyəsi üzrə imtahanda iştirak edəcək. Bundan əlavə, 77 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.