Dövlət İmtahan Mərkəzi 30 avqust 2025-ci il tarixində DİM-in Gəncə Regional Bölməsində ilk dəfə olaraq TKT (Teaching Knowledge Test) imtahanı təşkil edib.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 11 nəfər iştirak edib.
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:
Növbəti TKT imtahanı 25 oktyabr 2025-ci ildə baş tutacaq. Son qeydiyyat tarixi isə 10 sentyabr 2025-ci ildir.
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
Əlavə məlumat üçün [email protected] elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.