Azedu.az

Son 1 gün: Boş qalan yerlərə və kolleclərə ixtisas seçimi yekunlaşır

Dövlət İmtahan Mərkəzi (DİM)

1 Sentyabr 2025, 09:19
Son 1 gün: Boş qalan yerlərə və kolleclərə ixtisas seçimi yekunlaşır

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə bu saata olan (09:19) elektron ərizələrin sayı açıqlanıb.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, ümumi müraciətlərin sayı 17 255-dir.

I qrup üzrə Azərbaycan bölməsinə 187, rus bölməsinə isə 12 müraciət daxil olub. Beləliklə, ümumilikdə 199 ərizə qeydə alınıb.

II qrup üzrə Azərbaycan bölməsinə 374, rus bölməsinə 32 olmaqla cəmi 406 ərizə təqdim edilib.

III qrup üzrə isə Azərbaycan bölməsinə 560, rus bölməsinə 89 müraciət daxil olub. Ümumi müraciətlərin sayı 649 təşkil edir.

IV qrup üzrə Azərbaycan bölməsinə 40, rus bölməsinə 11 olmaqla cəmi 51 ərizə qeydə alınıb.

V qrup (tam orta təhsil bazasından orta ixtisas təhsili) üzrə Azərbaycan bölməsinə 15 495, rus bölməsinə 745 müraciət daxil olub. Cəmi ərizə sayı 16 240-dır.

Qeyd edək ki, boş qalan plan yerlərinə və orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi bu gün yekunlaşır.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox