Azedu.az

Kolleclərə keçid balları: Jurnal nəşr edildi

Dövlət İmtahan Mərkəzi (DİM)

25 Avqust 2025, 09:56
Kolleclərə keçid balları: Jurnal nəşr edildi

Jurnalda 2025/2026-cı tədris ili üçün  orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.  

AzEdu.az xəbər verir ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 28 avqust – 2 sentyabr tarixlərində aparılacaq.

Bundan əlavə, “Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2024-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc edilib.  

Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. //shorturl.at/B4g0M 

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox