Azedu.az

İxtisas seçimi yekunlaşır - Ən çox hansı qrupa müraciət edilib?

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Avqust 2025, 09:29
İxtisas seçimi yekunlaşır - Ən çox hansı qrupa müraciət edilib?

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.

AzEdu.az xəbər verir ki, abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

19 avqust saat 09:29-a olan məlumata əsasən, 81 398 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. 

Qruplar üzrə göstəricilər belədir:

- I qrup üzrə Azərbaycan bölməsində 20 891, rus bölməsində 1 645 olmaqla ümumilikdə 22 536 ərizə təqdim olunub.

- II qrup üzrə Azərbaycan bölməsində 16 545, rus bölməsində 1 299 olmaqla ümumilikdə 17 844 ərizə daxil olub.

- III qrup üzrə Azərbaycan bölməsində 20 979, rus bölməsində 2 224 olmaqla ümumilikdə 23 203 ərizə qeydə alınıb.

- IV qrup üzrə Azərbaycan bölməsində 5 754, rus bölməsində 619 olmaqla ümumilikdə 6 373 ərizə təqdim edilib.

Müsabiqədə iştirak edənlər “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Abituriyent Məsləhət Mərkəzlərinin ünvanları

Rayon Təhsil Sektorlarında fəaliyyət göstərən Səyyar Məsləhət Mərkəzləri

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox