Azedu.az

DİM sədri: IV qrupu ən savadlı şagirdlər seçir

Dövlət İmtahan Mərkəzi (DİM)

11 Avqust 2025, 14:15
DİM sədri: IV qrupu ən savadlı şagirdlər seçir

IV qrup üzrə ərizə verənlərin sayı təxminən 5 minə yaxındır. Digərləri ilə müqayisədə bu sayın az olmasına baxmayaraq ən gərgin rəqabət də məhz bu qrupdadır.

Bu qrup üzrə imtahan verən şagirdlərin buraxılış nəticələri də yüksəkdir.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

"IV qrupu öz gücünə inanan, ən savadlı şagirdlər seçir. Ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlərin sayı 4550 nəfərdir. IV qrupda 4732 plan yeri təqdim olunubsa belə, bu, heç də hər kəsin istədiyi yerə qəbul olması demək deyil. Bəlkə də 4550 nəfərin təxminən 4 mini tibb ixtisasına qəbul olmaq üçün sənəd verir".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox