Azedu.az

DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM)

10 Avqust 2025, 09:37
DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrә) keçirəcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan vermək üçün 984 nəfər müraciət edib.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Namizəd buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:

- Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;

- İmtahana buraxılış vərəqəsi.

İmtahanın müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvanda 5 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 90 nəzarətçi, 15 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox