Azedu.az

Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM)

5 Avqust 2025, 09:20
Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul elan edilir

DSX ilə Türkiyə Silahlı Qüvvələri arasında razılığa əsasən Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul elan edilir.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələri arasında razılaşdırılmış Tədbirlər Planına müvafiq olaraq 2025/2026-cı tədris ilində Türkiyə Respublikası Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul olmaq məqsədilə IV ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərmiş abituriyentlər sənədlərini 5 avqustdan 7 avqustadək Dövlət Sərhəd Xidmətinə təqdim edə bilərlər.

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76

Əlaqə nömrəsi: 012 493 62 47

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox