Builki ixtisas seçimində 60 mindən artıq plan yeri elan olunub və 126918 nəfər qeydiyyatdan keçib
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
"Bu kifayət qədər böyük saydır. Hazırda I-IV ixtisas qrupları üzrə qabiliyyət imtahanları və apellyasiyalar davam edir. Bu proses yekunlaşdıqdan sonra ixtisas seçimi ilə bağlı abituriyent jurnalının 4-cü nömrəsi və hər il çap etdiyimiz "İxtisas seçimində nələrə diqqət edilməli?" broşurları da çap olunacaq. Burada bal intervalına görə paylanmalar əks olunur. Bunlardan istifadə etməklə seçim imkanları daha da real olacaq”.