Sosial şəbəkələrdə bəzi şəxslərin imtahan qaydalarını pozaraq şəbəkə halında fəaliyyət göstərməsinə dair məlumatlar paylaşılır. Dövlət İmtahan Mərkəzi isə hər zaman imtahan prosesinin şəffaf və obyektiv keçməsi üçün müvafiq addımlar atır.
AzEdu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında DİM-in aparat rəhbəri Vəfadar Misirov danışıb.
O qeyd edib ki, imtahanların yekunlaşmasından sonra bu barədə ictimaiyyətə məlumat verilir və rəsmi press-reliz yayılır:
“Qaydaların pozulması faktları zamanı yer və zaman fərqi olmadan tədbirlər görülür. Hüquq-mühafizə orqanlarına müraciət olunub və bir neçə namizəd artıq istintaqa cəlb edilib. İstintaq başa çatdıqdan sonra bu işlərin nəticələri ictimaiyyətə açıqlanacaq”.