Azedu.az

Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Dövlət İmtahan Mərkəzi (DİM)

25 İyul 2025, 17:09
Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri və qalibləri arasında görüşlər davam edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, 25 iyul 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Seymur Hüseynovla növbəti görüşünü keçirib.

Görüşdə Seymur Hüseynovun fərdi inkişaf proqramı əsasında cəlb olunduğu Dövlət İmtahan Mərkəzinin layihələri haqqında danışılıb və fikir mübadiləsi aparılıb. M.Abbaszadə proqramlaşdırma, proseslərin avtomatlaşdırılması və innovativ inkişaf sahəsində qalibin suallarını cavablandırıb və öz tövsiyələrini verib.

Qeyd edək ki, dördüncü “Yüksəliş" müsabiqəsinin qalibi Seymur Hüseynov Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə birillik Mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox