Azedu.az

DİM təsviri sənəti seçən abituriyentlərin müraciətlərinə baxacaq

Dövlət İmtahan Mərkəzi (DİM)

23 İyul 2025, 11:30
DİM təsviri sənəti seçən abituriyentlərin müraciətlərinə baxacaq

21-23 iyul 2025-ci il tarixlərində Bakı şəhəri 167 nömrəli tam orta məktəbdə keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 

Apellyasiya komissiyası 26 iyul 2025-ci il tarixində saat 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.

164809

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox