Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il 24 iyul tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi üzrə elektron formada sınaq imtahanı keçiriləcək.
Bu barədə AzEdu.az-a DİM-dən məumat verilib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunacaq.
İmtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək.
Namizədlər imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmır.