Azedu.az

Bu ixtisasa qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM)

21 İyul 2025, 17:01
Bu ixtisasa qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Abituriyentlər 21 – 25 iyul tarixlərində Dini Psixoloji Komissiya üzrə qeydiyyatdan keçməlidirlər.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Azərbaycan İlahiyyat İnstitutunun “islamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 21 iyuldan 25 iyul saat 23:59-dək verilən link (//eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.

Müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər. Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində islamşünaslıq ixtisasını qeyd edə biləcəklər.İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya Bakıda fəaliyyət göstərəcək.Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.Qabiliyyət imtahanlarının məzmunu ,qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan  xüsusi buraxılışlarında verilib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox