Azedu.az

Keçid balları necə formalaşır? – DİM-dən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM)

17 İyul 2025, 17:18
Keçid balları necə formalaşır? – DİM-dən AÇIQLAMA

Abituriyentlər arasında ən çox müzakirə olunan məsələlərdən biri keçid balları ilə bağlıdır. Bir çoxları düşünür ki, keçid ballarını Dövlət İmtahan Mərkəzi əvvəlcədən müəyyən edir.

Mövzu ilə bağlı AzEdu.az Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb.

Mərkəzdən məlumat verilib ki, keçid ballarını DİM müəyyən etmir: "Keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir.

Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır",- deyə qeyd edilib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox