Azedu.az

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzi (DİM)

17 İyul 2025, 12:55
Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

Teatr, kino, xoreoqrafiya istiqamətinə aid 50, 51 və 52-ci qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”çap edə bilərlər. 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahanlar Bakı şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal və başlanma vaxtı qeyd olunub.

Abituriyentlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini və proqram formasını özləri ilə gətirməlidirlər.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olunduqca  cədvələ əlavə ediləcək.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox