Azedu.az

Bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlər açılacaq

Dövlət İmtahan Mərkəzi (DİM)

14 İyul 2025, 12:13
Bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlər açılacaq

"Bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlər açılacaq".

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək:

"Onların 53,31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə edəcəklər”.

DİM sədri əlavə edib ki, bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlərin açılması nəzərdə tutulur:

"Abutiriyent 4 jurnalında plan yerləri barədə məlumatlar dərc ediləcək".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox