Buraxılış imtahanlarında kimin hansı nəticə əldə etməsinin fərqi yoxdur. Hər kəsə attestatlar təqdim olunur.
AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statsitik təhlili ilə bağlı çıxışı zamanı qeyd edib.
"5 mindən çox subbakalavr imtahanız ali məktəbə qəbul olub. Abituriyentlər 201 bal toplayıbsa onlar subbakalavrları üstələyir. Ondan sonra boş qalan yerlərə subbakalvrlar daxil olur.Müsabiqə artıq abituriyentlər arasında deyil, universitetlər arasında gedir. Universitetlər istəyir ki, yüksək nəticə əldə etmiş abituriyentlər onlarda təhsil alsın".