Azedu.az

DİM-in sədri: Biz insan faktorunu bu prosesdən qaldırmışıq

Dövlət İmtahan Mərkəzi (DİM)

14 İyul 2025, 11:31
DİM-in sədri: Biz insan faktorunu bu prosesdən qaldırmışıq

"Dövlət İmtahan Mərkəzinin apardığı işlər əvvəlcədən yazılan alqoritmlər əsasında aparılır".


AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statsitik təhlili ilə bağlı çıxışı zamanı qeyd edib.

"DİM-in apardığı işlər əvvəlcədən yazılan alqoritmlər əsasında aparılır. 90-cı illərdən imtahanlar haqqında təhlillər aparırıq ki, necə olub. Biz insan faktorunu bu prosesdən qaldırmışıq. Hətta bu prosesə özüm müdaxilə etsəm bu yanlışdır. Mediada bizim işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır. Mənə elə gəlir ki, bizim 30 ildir yazdığımızı heç kim oxumur. Hər bir testin şəxsiyyət vəsiqəsi var. Biz bilirik ki, misal olaraq bu testə 70 faiz cavab verməlidir. Bu isə daha çətindir 25 faiz cavab verməlidir”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox