2024-cü ildə orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr arasında xaricolma və bərpa halları diqqətçəkici dərəcədə yüksək olub. Bu pillə üzrə ümumilikdə 13 570 tələbə təhsil alıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının №12 (2024) buraxılışında qeyd edilib. Onlardan:
- 1 902 nəfər təhsildən xaric edilib, başqa tədris illərinə və ya digər ixtisaslara bərpa olunub.
Bu isə ümumi kollecdə oxuyanların təxminən 14%-i deməkdir.
Təhsildən ayrılma səbəbləri DİM tərəfindən konkret açıqlanmasa da, bu hal adətən aşağı göstəricilər, xaric olunan, fasilə verən, başqa tədris illərinə bərpa olunan tələbələrin sayı kimi qeyd olunur.
Qeyd edək ki, bu statistika yalnız tam orta təhsil bazasından qəbul olunmuş tələbələri əhatə edir.