Azedu.az

Bu şəxslər "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi (DİM)

8 İyul 2025, 10:50
Bu şəxslər "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün iyulun 17-də imtahan keçirəcək.

AzEdu.az-a bu barədə DİM-dən məlumat verilib.

İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox