Ədliyyə orqanlarına test imtahanı iyulun 13-də həyata keçiriləcək.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar qeydiyyatdan keçmiş namizədlər aşağıda verilmiş keçiddən istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:
Elektron imtahanlara buraxılış vərəqələrinin çapı xidməti
Test imtahanı 13 iyul 2025-ci il tarixində saat 11:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.
İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda “İmtahana buraxılış vərəqisi" və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.