Azedu.az

Gələcək 5 il ərzində bütün imtahanlar elektron şəkildə keçirilə bilər

Dövlət İmtahan Mərkəzi (DİM)

4 İyul 2025, 17:43
Gələcək 5 il ərzində bütün imtahanlar elektron şəkildə keçirilə bilər

Biz gələcək 5 il ərzində bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

"Bu, bir tərəfdən yaxşı haldır. Digər tərəfdən isə müəyyən problemlər yaradır. Belə sistem bütün dünyada mövcuddur", - Məleykə Abbaszadə əlavə edib.

Məleykə Abbaszadə bildirib ki, bəzən bəzi imtahanlarda müəyyən dələduzluq məsələləri olur: "Biz elektron formaya keçəndə belə halların olmasını istəmirik. Məhz buna görə də bu sistemə yavaş-yavaş keçid edirik. Kontingenti 10 mindən çox olmayan imtahanları gələn ildən etibarən tam şəkildə elektron formada keçirəcəyik. Amma 20 minə çatan imtahanların isə hələlik kağız üzərindən təşkil olunması nəzərdə tutulur".

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox