Xəbər verdiyimiz kimi, mayın 4-də keçirilən birinci Azərbaycan dili imtahanında iştirak etməyən şagirdlər və ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin ilk imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan abituriyentlər üçün iyunun 29-da Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanı (ikinci cəhd) keçirilib.
Bəs, görəsən Azərbaycan dili (dövlət dili) imtahanının nəticələri nə zaman açıqlana bilər?
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-ın əldə etdiyi məlumata görə, nəticələr bir həftədən sonra elan olunur.