Azedu.az

Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM)

Magistratura

1 İyul 2025, 09:45
Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI

Magistratura üzrə ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7 – 13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər.

AzEdu.az xəbər verir ki, ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını  (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal 

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox