Azedu.az

Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq

Dövlət İmtahan Mərkəzi (DİM)

30 İyun 2025, 16:16
Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq

25, 27, 28, 29 və 30 iyun 2025-ci il tarixlərində 1601, 1602, 1701-ci komissiyalar üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək. 

AzEdu.az xəbər verir ki, apellyasiya komissiyası 2 iyul  2025-ci il tarixində saat 09:00-dan 14:00-dək  Bakı şəhəri 167 nömrəli  tam orta məktəbdə (Yasamal rayonu, Şərifzadə küçəsi, 152)  fəaliyyət göstərəcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə 2 iyul tarixində qeyd olunan binaya yaxınlaşıb ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox