2025/2026-cı tədris ili üçün Azərbaycan İdman Akademiyasının tədrisi ingilis dilində olan “İdman tibbi və reabilitasiya” ixtisasına bakalavrların qəbulu elan olunur.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Qeyd olunan ixtisas üzrə müraciət edən bakalavrlar üçün 30 iyun 2025-ci il tarixində Akademiya tərəfindən müsahibə təşkil olunacaq.
Müsahibədə iştirak etmək üçün rezidentura təhsilini bitirmiş, həmçinin bu il magistraturaya qəbul imtahanında iştirak edərək topladıqları ümumi balı 40-dan, ingilis dili fənni üzrə balı isə 10-dan az olmayan bakalavrlar müraciət edə bilərlər.
Verilən şərtləri ödəyən bakalavrlar müsahibədə iştirak etmək üçün 29 iyun 2025-ci il tarixinədək müraciətlərini mövzu bölməsində “İdman tibbi və reabilitasiya ixtisasına qəbul” yazmaqla [email protected] elektron poçtuna göndərə bilərlər. Müraciətə şəxsiyyət vəsiqəsinin "skan" olunmuş surəti və əlaqə telefonu əlavə olunmalıdır.