Azedu.az

DİM azyaşalılar üçün dil imtahanları keçirir

Dövlət İmtahan Mərkəzi (DİM)

19 İyun 2025, 12:24
DİM azyaşalılar üçün dil imtahanları keçirir

Dövlət İmtahan Mərkəzi azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi kvalifikasiyalar əsasında beynəlxalq imtahanlar təşkil edir. Bu kvalifikasiyalar Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən hazırlanıb və hər bir iştirakçı imtahanın sonunda beynəlxalq səviyyədə tanınan sertifikatla təltif olunur.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq çıxış edir. Mərkəz Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları) və Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) üzrə imtahanların təşkili ilə məşğuldur.

Qeyd edək ki, iştirak ödənişlidir.

İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

//eservices.dim.gov.az/iexams/az/login.aspx

Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.

 

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox