Azedu.az

Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM)

Magistratura

19 İyun 2025, 10:17
Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!

Qabiliyyət imtahanlarının 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) saylı proqram üzrə 22 iyun tarixində, 70 (Təsviri sənət istiqaməti) saylı proqram üzrə 24 iyun, 68 (Musiqi sənəti istiqaməti) nömrəli proqram üzrə isə 26 iyun tarixlərində keçirilməsi nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, 69-cu proqrama aid ixtisaslaşmaları seçən bakalavrlar bu gündən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. İmtahana buraxılış vərəqəsində imtahan binasının ünvanı və imtahana gəlmə vaxtı qeyd olunub.

68 və 70 saylı proqramlara proqrama aid ixtisaslaşmaları seçən bakalavrlar 20 iyun tarixindən etibarən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.

Bakalavrlar qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

–  Musiqi sənəti və Teatr, kino və  xoreoqrafiya sənəti istiqamətləri üzrə proqram formasını.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR
Son xəbərlərDaha çox